Xəbərlər
Amotransport на встрече с предпринимателями!
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təşkil olunan görüş çərçivəsində biz də Amotransport komandası olaraq iştirak etdik. Tədbirdə “E-keyfiyyət.gov.az” platformasında istifadəyə verilmiş “Mənşə sertifikatı” alt modulunun funksionallığı və ixracatçılar üçün təqdim etdiyi üstünlüklər barədə ətraflı məlumat verildi.
Bu cür təşəbbüslər yerli sahibkarların fəaliyyətinin daha şəffaf, çevik və rəqəmsal əsasda aparılmasına mühüm töhfə verir.
Biz də Amotransport olaraq ixrac proseslərində keyfiyyət, sürət və şəffaflıq prinsiplərinə sadiq qalaraq, ölkəmizin iqtisadi inkişafına dəstək olmağa davam edirik.








