Xəbərlər

AMO GROUP “YAŞAT” düşərgəsinin uşaqları ilə mənalı bir gün keçirdi

AMO GROUP olaraq, “YAŞAT” Fondunun təşkilatçılığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 6-cı həftəsində uşaqlarla birgə dəyərli vaxt keçirməkdən qürur duyuruq. Onların təbəssümü, enerjisi və səmimiyyəti layihəyə xüsusi mənəvi dəyər qatdı.

Düşərgə iştirakçıları üçün maraqlı ekskursiyalar, idman və əyləncə tədbirləri, yaradıcı dərslər və müxtəlif sahələr üzrə maarifləndirici görüşlər təşkil olundu. Bu fəaliyyətlər uşaqların bilik və bacarıqlarını artırmaqla yanaşı, yadda qalacaq xatirələr toplamalarına da imkan yaratdı.

AMO GROUP olaraq, bu xeyirxah təşəbbüsün bir hissəsi olmaqdan qürur duyuruq və hesab edirik ki, uşaqlar bizim gələcəyimizdir. Onlara qayğı və dəstək göstərmək hər birimizin mənəvi borcudur.