Amo Group və AmoFresh Məkkə Halal Forumunda məhsullarını təqdim etdi
Amo Group və AmoFresh olaraq 14–16 fevral tarixlərində Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən 3-cü Məkkə Halal Forumunda uğurla iştirak etdik. Forum Səudiyyə Ərəbistanı Krallığının Ticarət Nazirliyinin himayəsi altında təşkil olunaraq, qlobal halal bazarın inkişafına, beynəlxalq əməkdaşlıqların genişləndirilməsinə və innovativ biznes yanaşmalarının təşviqinə həsr olunmuş mühüm platforma oldu. “Halal – Peşəkar Sənaye” mövzusu çərçivəsində keçirilən tədbirdə halal qida və içkilər, əczaçılıq, kosmetika, moda, turizm, islam maliyyəsi və rəqəmsal xidmətlər sahələrində aparıcı şirkətlər və ekspertlərlə görüşlər keçirdik. Forumun sərgi hissəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) təşəbbüsü və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfdaşlığı ilə qurulan Azərbaycan pavilyonunda məhsullarımızı beynəlxalq ziyarətçilərə təqdim etdik.




