Xəbərlər

18-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi

13–16 may tarixlərində Bakı Ekspo Mərkəzində ənənəvi olaraq keçirilən 18-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – Caspian Agro 2025 uğurla yekunlaşdı. Regionun ən böyük kənd təsərrüfatı tədbiri hesab olunan sərgidə bu il dünyanın 30-dan çox ölkəsindən 450-dək şirkət iştirak etdi.
Sərgi Caspian Event Organisers şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirildi. Tədbirdə kənd təsərrüfatı texnikaları, innovativ texnologiyalar, bitkiçilik və heyvandarlıq məhsulları, həmçinin aqrar sektorda tətbiq edilən ən son həllər təqdim olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgini ziyarət edərək pavilyonlarla tanış oldu
, yerli və beynəlxalq şirkətlərin təqdim etdiyi məhsullar barədə ətraflı məlumat aldı. Bu da sərginin ölkə iqtisadiyyatı və aqrar sektor üçün strateji əhəmiyyətini bir daha göstərdi.

Biz də Amofresh olaraq sərgidə iştirak etdik və məhsullarımızı ziyarətçilərə təqdim etdik. Stendimizdə yeni innovativ həllər, keyfiyyətli təbii məhsullar və tərəfdaşlarımız üçün faydalı əməkdaşlıq imkanları nümayiş etdirildi.

Sərgi çərçivəsində yerli və xarici tərəfdaşlarla yeni əlaqələr quruldu, bir sıra maraqlı görüşlər keçirildi. Bu təcrübə bizim üçün olduqca faydalı oldu və qarşıdakı fəaliyyətlərimiz üçün əlavə stimul yaratdı.

Caspian Agro 2025 artıq arxada qalsa da, sərgidən qazandığımız təcrübə və qurulan əməkdaşlıqlar sayəsində kənd təsərrüfatı sahəsində daha böyük hədəflərə doğru inamla addımlayırıq